Dövlət xidməti: "Yeni tikili binalarda sayğaclara görə ödəniş tələbi ilə bağlı 67 müraciət daxil olub"
- 23 avqust, 2023
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mənzil-tikinti kooperativləri tərəfindən sayğacların quraşdırılmasına görə ödənişin tələb edilməsi ilə bağlı 67 müraciət daxil olub.
Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.
Dövr ərzində Dövlət Xidməti ümumilikdə təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə bağlı 442 vətəndaş müraciəti qəbul edib.
Bunlardan 152-si qaz təchizatı, 65-i elektrik təchizatı, 7-si istilik təchizatı, 58-i su təchizatı, 44-ü telefon rabitəsi və internet xidmətləri, 4-ü poçt rabitəsi, 2-si dəmiryol nəqliyyatı, 9-u hava yolu nəqliyyatı, 34-ü isə digər sahələrdə olub.
Müraciətlərə baxılması nəticəsində 101 326 manat vəsait istehlakçılara geri ödənilib.