Dövlət Xidməti malın mənşə sertifikatını “Bakı KOB evi”ndə verməyə başlayıb

Dövlət Xidməti malın mənşə sertifikatını “Bakı KOB evi”ndə verməyə başlayıb Bu gündən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Bakıda malın mənşə ölkəsini təsdiq edən sertifikatı Iqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxil olan “Bakı K
Biznes
10 Yanvar , 2023 10:29
Dövlət Xidməti malın mənşə sertifikatını “Bakı KOB evi”ndə verməyə başlayıb

Bu gündən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Bakıda malın mənşə ölkəsini təsdiq edən sertifikatı İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxil olan “Bakı KOB evi”ndə (Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə ünvanında) verir.

Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, sahibkarlar qurumun “Bakı KOB evi”ndə xidmət göstərən pəncərələrinə yaxınlaşaraq aidiyyəti üzrə müraciət edə bilərlər. İqtisadiyyat Nazirliyinin internet səhifəsində “Elektron xidmətlər” bölməsi (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) vasitəsilə mənşə sertifikatı üçün müraciət etmiş sahibkarlar da “Bakı KOB evi”nə gəlməklə onlayn qaydada sifariş etdikləri sertifikatı təhvil ala bilərlər.

Son xəbərlər

Orphus sistemi