Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçıların hüquqlarının müdafəsi ilə əlaqədar 2 701 müraciət daxil olub.
"Report" xəbər verir ki, bunu qurumun İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov bildirib.
Onun sözlərinə görə, keçən ildən qalmış 475 müraciət də nəzərə alınmaqla, hesabat dövrūndə ümumilikdə 3 176 müraciətə baxılıb: "Onlardan 1 187-si təmin olunub, 1 371-i üzrə qanuna müvafiq izahat ve tövsiyə verilib, 160-ı baxılması üçün aidiyyəti orqanlara göndərilib, 10-u baxılması üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunub. Şikayətlərdən 22-si üzrə zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılmış 426 müraciət üzrə hazırda araşdırmalar davam edir. Hesabat dövründə təmin olunmuș müraciətlər üzrə 186 011 manat vəsait istehlakçılara qaytarılıb, 34 688 manat dəymiş ziyan ödənilib".