Dörd ölkədən Azərbaycana odadavamlı sement idxalı bərpa edilib
- 13 fevral, 2023
- 09:23
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 7,563 milyon ABŞ dolları dəyərində 6 min 282 ton odadavamlı sement idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 0,1 %, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 5,654 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51,3 % çoxdur) 5 min ton (+29,2 %), Böyük Britaniyadan 377 min ABŞ dolları dəyərində (+83 %) 151,34 ton (+23 %), Polşadan 368,43 min ABŞ dolları dəyərində (+12 dəfə) 321,54 ton (+17 dəfə), İtaliyadan 224,42 min ABŞ dolları dəyərində (+47,4 %) 95,97 ton (-12 %), Ukraynadan 178,33 min ABŞ dolları dəyərində (-53 %) 98 ton (-60 %) məhlul alıb.
Səkkiz il 10 ayın tamamında Bolqarıstandan, 2 il 4 aylıq aradan sonra Birləşmiş Ərəb Əmirliklərindən, 1 il 7 aylıq fasilənin ardından Belçikadan və 1 il 4 aydan sonra Macarıstandan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 90,14 min ABŞ dolları dəyərində 40 ton, 34,33 min ABŞ dolları dəyərində 3,57 ton, 0,8 min ABŞ dolları dəyərində 0,01 ton və 64,14 min ABŞ dolları dəyərində 63 ton odadavamlı sement gətirilib.