Cənubi Koreyadan Azərbaycana təşkil edilmiş alıcı missiyanın səfər proqramı açıqlanıb

Cənubi Koreyadan Azərbaycana təşkil edilmiş alıcı missiyanın səfər proqramı açıqlanıb Cənubi Koreyadan Azərbaycana təşkil edilmiş alıcı missiya səfəri çərçivəsində Bakıda və ölkənin 3 iqtisadi rayonlarında fəaliyyət göstərən bir sıra müəssisələrə baş çəkəcəklər.
Biznes
11 Mart , 2024 13:42
Cənubi Koreyadan Azərbaycana təşkil edilmiş alıcı missiyanın səfər proqramı açıqlanıb

Cənubi Koreyadan Azərbaycana təşkil edilmiş alıcı missiya səfəri çərçivəsində Bakıda və ölkənin 3 iqtisadi rayonlarında fəaliyyət göstərən bir sıra müəssisələrə baş çəkəcəklər.

"Report"xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) ixracın təşviqi departamentinin direktor müavini Eldar Eyvazov deyib.

O qeyd edib ki, Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Kim Byunq Kvanın rəhbərliyi ilə bu ölkənin qida, içki və sənaye sahələrində fəaliyyət göstərən əsas idxalçı müəssisələrdən ibarət missiya (9 şirkət) martın 11-dən 16-dək Azərbaycanda səfərdədir.

E. Eyvazov əlavə edib ki, məqsəd ölkə iqtisadiyyatının diversifikasiyasının davam etdirilməsi, yaradılmış ixrac potensialından istifadə edilməsi, yeni xarici bazaların aşkar edilməsi, yerli sahibkarlara xarici bazarlarda əlavə şəraitin yaradılması ilə bağlı verilmiş tapşırıq çərçivəsində Koreya ilə əlaqələrin genişləndirilməsidir.

Martın 12-də nümayəndə heyətinin Bakı və ətraf rayonlarda yerləşən badam və zeytun bağlarına, martın 13-14-də Lənkaran-Astara və Şəki-Zaqatala rayonlarında yerləşən istehsal müəssisələrinə, martın 15-də Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən istehsal müəssisələrinə ziyarəti nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi