“Cahan Multibrend Servis”dən hibrid və elektrik avtomobillər üçün möhtəşəm addım

Biznes
  • 21 noyabr, 2023
  • 06:47
“Cahan Multibrend Servis”dən hibrid və elektrik avtomobillər üçün möhtəşəm addım

Daim müştərilərin rahatlığını düşünən “Cahan Multibrend Servis” sizlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə daha bir addım atıb. Beləki servis əməkdaşlarının bilik və bacarığının artırılması məqsədi ilə onlara təlim keçmək üçün Çinə ezam edib. Noyabrın 8-dən 18-dək “Cahan Multibrend Servis”in əməkdaşları Çinin Çançun şəhərində "Faw" grupun istehsal zavodlarında elektrik və hibrid mühərrikli avtomobillər üzrə xüsusi təlimlərdə iştirak ediblər.

Xatırladaq ki, təlim tədrislər keçirilən istehsal zavodlarında "Audi", "Volkswagen" və "Faw" grupa daxil olan çin markalarının ( "HongQi", "Bestune" və s.) batareyaları istehsal olunur.

"Cahan Servis" heyətinin daxilində tanınmış ustalardan, avtomobil elektrik təchizatı və elektronikası üzrə mütəxəsis Nicat Çərkəzov, zəmanət üzrə menecer Fuad Mehdiyev və ehtiyat hissələri üzrə menecerlər daxil olub. 10 günlük sertifikasiya kursunu uğurla başa vuran heyətin üzvlərinə "Faw" grup tərəfindən xüsusi sertifikat təqdim edilib. Bu sertifikat əsasında ustalar hibrid və elektrik mühərrikli avtomobillər üzrə həm xidmət göstərə biləcək, həm də digər ustalara ixtisas artırma üzrə seminarlar keçə biləcəklər.

Xatırladaq ki, “Cahan Multibrend Servis” Çin istehsalı olan bütün avtomobillər üçün ehtiyat hissələri və servis xidməti ilə xidmətinizdədir. Servisin tərkib hissəsi olan ekoloji təmiz nəqliyyat vasitələri (hibrid və elektrik mühərrikli avtomobillər) üzrə xidmətlərində göstərilməsi ön sırada yer alır.

Ünvan : Babək prospekti 21/99

Əlaqə nömrəsi: 050 809 22 26,

050 282 33 33

44 filmi