Bursada Azərbaycanda investisiya qoymaq imkanları müzakirə olunub

Bursada Azərbaycanda investisiya qoymaq imkanları müzakirə olunub Türkiyənin Bursa şəhərində Bursa Ticarət və Sənaye Palatasının (BTSP) təşkilatçılığı ilə “Azərbaycanın investisiya mühiti: stimullaşdırma, güzəştlər, idxal və ixrac imkanları” mövzusunda seminar keçirilib.
Biznes
12 İyun , 2024 02:26
Bursada Azərbaycanda investisiya qoymaq imkanları müzakirə olunub

Türkiyənin Bursa şəhərində Bursa Ticarət və Sənaye Palatasının (BTSP) təşkilatçılığı ilə “Azərbaycanın investisiya mühiti: stimullaşdırma, güzəştlər, idxal və ixrac imkanları” mövzusunda seminar keçirilib.

“Report” xəbər verir ki, bu barədə BTSP-nin linkedin hesabında bildirilib.

Bildirilib ki, adı çəkilən tədbir Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrinin müavini Murat Bayızıt, Azərbaycanın Türkiyədəki Ticarət nümayəndəsi Tamerlan Tağıyev və Azərbaycanın İstanbuldakı Ticarət Nümayəndəliyinin baş məsləhətçisi Cavid Abdullayev və Bursa iş dünyası nümayəndələrinin iştirakı ilə baş tutub.

“Tədbirdə Azərbaycanda investisiya imkanları, vergi güzəştləri və təşviqlər barədə söz açılıb, iki dost və qardaş ölkə arasında potensial əməkdaşlıq imkanları dəyərləndirilib”, – məlumatda diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi