Bakı. 25 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nı təsdiq edib.
"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir
Qərara əsasən “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq olunub. Azərbaycan Respublikasının
Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Xatırladaq ki, Azərbaycan parlamenti bir müddət əvvəl “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Qanuna əlavə edilmiş 4.1 maddəyə görə, sahibkarlıq subyektlərinin bölgüsünə əsasən, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.