Bu ilin əvvəlindən AZPROMO-nun iştirakı ilə 2,1 mln. dollarlıq ixrac müqaviləsi imzalanıb

Biznes
  • 31 oktyabr, 2018
  • 07:52
Bu ilin əvvəlindən AZPROMO-nun iştirakı ilə 2,1 mln. dollarlıq ixrac müqaviləsi imzalanıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) iştirakı ilə 2,1 mln. ABŞ dolları dəyərində ixrac müqaviləsi imzalanıb.

“Report” xəbər verir ki, bu barədə fondun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, 9 ay ərzində ölkədən ixrac edilmiş məhsulların dəyəri isə 1,9 mln. dollar təşkil edib: “İxracda qənnadı məmulatları (32 980 dollarlıq), pomidor (1 667 979 dollarlıq), fındıq ləpəsi (241 850 dollarlıq), nar şirəsi (35 000 dollarlıq) üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı illik müqayisədə 13% artıb”.