Bu il Naxçıvanın xarici ticarət dövriyyəsi 16 %-dən çox azalıb
Biznes
- 16 dekabr, 2024
- 12:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 114 milyon 909 min 420 ABŞ dolları təşkil edib.
Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən "Report"un yerli bürosuna məlumat verilib.
Bildirilib ki, 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi 16,3 % azalıb.
Bu ilin 11 ayında muxtar respublikanın ticarət dövriyyəsinin 9 milyon 711 min 760 ABŞ dollarını və ya 8,5 %-ini ixrac olunmuş məhsulların, 105 milyon 197 min 660 ABŞ dollarını və ya 91,5 %-ini isə idxal məhsullarının dəyəri olub.
Ötən ilin 11 ayı ilə müqayisədə ixrac 30,4 %, idxal isə 14,7 % azalıb.
Son xəbərlər
14:13
"World Winners Cup Alanya 2026": Azərbaycanın "Marafon" klubu ikinci oyunda da məğlub olub
Futbol
14:12
Baş katib: ICESCO Afrikada təhsilə dəstək layihəsi çərçivəsində Heydər Əliyev Fondu ilə əməkdaşlıq edir
Xarici siyasət
14:10
Tunis Azərbaycandan neft alışını 2 dəfədən çox artırıb
Energetika
14:00
Azərbaycanda 10 yeni su anbarının tikintisi nəzərdə tutulub
İnfrastruktur
14:00
Foto
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Xarici siyasət
13:59
Stubb, Störe və Putin Rusiya və Ukrayna arasındakı münaqişəni müzakirə ediblər
Digər ölkələr
13:56
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var
Hadisə
13:52
Cüdo üzrə böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək
Fərdi
13:51
Fərid Şəfiyev: Azərbaycan və Aİ tərəfdaşlığın dərinləşməsini yeni sazişlə möhkəmləndirməlidir
Xarici siyasət