AZPROMO: Cənubi Koreya Azərbaycan üçün əsas bazarlardan biri ola bilər

AZPROMO: Cənubi Koreya Azərbaycan üçün əsas bazarlardan biri ola bilər Cənubi Koreya Azərbaycan üçün əsas bazarlardan biri ola bilər və biz bu istiqamətdə işləməyə hazırıq.
Biznes
30 Sentyabr , 2019 11:10
AZPROMO: Cənubi Koreya Azərbaycan üçün əsas bazarlardan biri ola bilər

"Cənubi Koreya Azərbaycan üçün əsas bazarlardan biri ola bilər və biz bu istiqamətdə işləməyə hazırıq".

"Report" xəbər verir ki, bunu Azərbaycan-Cənubi Koreya biznes forumunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

Y.Abdullayev deyib ki, ticarət əlaqələrinin genişləndirilməsi üçün bu kimi biznes forumların keçirilməsi vacibdir: "Bununla yanaşı, Azərbaycan 2020-ci ildə Cənubi Koreyada qida və sənaye sərgilərində iştirak edə bilər".

O vurğulayıb ki, Cənubi Koreya bazarı böyük bazardı: "Azərbaycanın qida məhsullarının və sənaye məhsullarının bu bazara ixracı mühüm əhəmiyyətə malikdir. Biz biznesmenlərin ixrac təşəbbüslərini ciddi formada dəstəkləyirik".

Daha sonra Koreyanın Azərbaycandakı səfiri Kim Tong Op çıxış edərək bildirib ki, iki ölkə arasında 2018 -ci ildə ticarət dövriyyəsi 227 milyon dollar təşkil edib: "Ticarət əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə ümid edirik".

Bununla yanaşı, biznes forumda AZPROMO ilə Koreya İdxalçılar Assosiasiyası arasında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur. Anlaşma Memorandumun məqsədi qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.

Son xəbərlər

Orphus sistemi