“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 844 milyon dollarlıq ixraca kömək edib

Biznes
  • 01 avqust, 2022
  • 07:54
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 844 milyon dollarlıq ixraca kömək edib

Bu ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,4 milyon ABŞ dolları olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul buraxılışında qeyd edilir.

2017-ci ildən 2022-ci ilin iyul ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 843,7 milyon ABŞ dolları təşkil edib.