Tbilisi. 26 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Welcome Challenge” Hotelçilik, Turizm və Səyahət Sənayesi üçün İnnovasiyalar üzrə Beynəlxalq Forum keçirilib.
“Report” xəbər verir ki, ölkənin Milli Turizm Administrasiyasının dəstəyi ilə keçirilən tədbirdə müxtəlif ölkələri təmsil edən startap şirkətlər və investorlar iştirak ediblər. Müxtəlif panellərdən ibarət olan tədbirdə səyahət sektoruna aid şəxslər, qurumlar yenilikçi ideyalarını paylaşıblar.
Forum çərçivəsində startapçılar arasında keçirilən yarışmanın qalibi Azərbaycanı təmsil edən startap seçilib. Yarışın qalibi “Baku Business Factory”nin (BBF) dəstəklədiyi “EcoSolutions” layihəsi elan olunub. Qalibə 10 min ABŞ dolları mükafat təqdim edilib.
Qeyd edək ki, “EcoSolutions” hotellərdə tullantıların səmərəli idarə olunmasını asanlaşdıran layihədir.
Yarışıda 2-ci yeri italiyalı startapçı Françesko Canzonierenin səyahət və hotel saytları üçün təqdim etdiyi “Convertion Rate Optimization” layihəsi tutub (5 min ABŞ dolları mükafat), 3-cü yerə gürcüstanlı startapçı Sandro Çalagashvilinin səyahət axtarış platforması olan “Tripify” layiq görülüb (3 min ABŞ dolları mükafat).
Xatırladaq ki,