Bakının torpaq, kommersiya obyektləri və tikinti bazarında qiymətlər artıb
- 10 yanvar, 2022
- 07:48
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ötən ilin dekabr ayında paytaxtın kommersiya obyektləri bazarında satışlar noyabr ayı ilə müqayisədə 6,51 %, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 23,03 % bahalaşıb. Obyektlərin icarə qiymətləri (orta qiymət, manat/kv.m) isə ay ərzində 11,71 %, il ərzində isə 23,57 % artıb".
Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, dekabr ayında Bakının torpaq bazarında qiymətlərdə noyabr ayı ilə müqayisədə 7,12 % artım, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1,92 % azalma qeydə alınıb:
"Daşınmaz əmlak bazarının digər bir seqmenti olan tikinti materialları bazarında isə ötən ay qiymətlər 1,35 % artıb. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bazarda 18,4 % bahalaşma olub. Dəmir məmulatlarının qiymətində ay ərzində 3,6 %, il ərzində 31,8 % artım olub. Ay ərzində daş məmulatları, taxta məmulatları, dam örtükləri, sement və qumun qiyməti isə dəyişməyib".