Bakıdakı Türk Ticarət Mərkəzində Türkmənistan pavilyonu açıla bilər

Biznes
  • 25 aprel, 2025
  • 16:33
Bakıdakı Türk Ticarət Mərkəzində Türkmənistan pavilyonu açıla bilər

Bu yaxınlarda Türkmənistanla Bakıdakı Türk Ticarət Mərkəzində (TTM) bu ölkənin pavilyonunun açılması ilə bağlı Anlaşma Memorandumu imzalanacaq.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzin direktoru Yılmaz Okuklu bildirib.

“TTM-də Türkmənistan pavilyonu üçün yer ayrılıb. Azərbaycana gəlincə, bu pavilyonda ölkəni İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) təmsil edəcək. Bu məsələnin həlli və bununla bağlı İşçi qrupunun yaradılması ilə bağlı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla müzakirələr apardım və dəstək istədim. Ümumiyyətlə, TTM-də dövlətlər səfirlik çərçivəsində təmsil olunur”, - o vurğulayıb.

Y.Okuklunun sözlərinə görə, TTM-də Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonlarının açılması türk dövlətləri arasında ticari-iqtisadi əlaqələrə böyük töhfə verəcək: “Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə səfər edərkən bir-birimizdən xəbərsiz olduğumuzu müşahidə etmişəm. Məqsədlərimizdən biri üzv ölkələr arasında ticarət dövriyyəsinin artmasıdır. Qardaş dövlətlərlə ticarət münasibətlərinin gücləndirsək, müxtəlif sahələrdə inkişaf edəcəyik. Dünyaya TDT çərçivəsində inteqrasiyamız daha yaxşı olardı”.

Son xəbərlər

Bütün Xəbər Lenti