Bakıda xarici daşınmaz əmlak sərgisi keçiriləcək

Bakıda xarici daşınmaz əmlak sərgisi keçiriləcək Bakıda “United Property Expo 2022” xarici daşınmaz əmlak sərgisi keçiriləcək
Biznes
27 Oktyabr , 2022 09:10
Bakıda xarici daşınmaz əmlak sərgisi keçiriləcək

Bakıda “United Property Expo 2022” xarici daşınmaz əmlak sərgisi keçiriləcək.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 19-20-da Bakı Ekspo Mərkəzində “United Property Expo 2022” Xarici Daşınmaz Əmlak Sərgisi keçiriləcək. Sərgidə dünyanın 10-dan çox ölkəsindən 10 mindən çox xarici daşınmaz əmlak təqdim olunacaq.

KOBİA-nın də dəstəklədiyi “United Property Expo” sərgisində Azərbaycanın, eləcə də Türkiyə, Yunanıstan, ABŞ, BƏƏ, İspaniya, Portuqaliya və digər ölkələrin aparıcı şirkətləri daşınmaz əmlak obyektlərini təqdim edəcək.

Sərgi ziyarətçilərə xaricdə daşınmaz əmlakın alınması və kirayəsi məsələlərini birbaşa peşəkarlarla müzakirə etmək, ipoteka, investisiyalar, vergilər, yaşayış icazələri və digər məsələlərlə bağlı məsləhətlər almaq imkanı verəcək. “United Property Expo” sərgisinin iştirakçıları vasitəçilər olmadan əsas tərtibatçılar və daşınmaz əmlak agentlikləri ilə ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

Sərgi iştirakçılarını daşınmaz əmlakın alınması üçün xüsusi şərtlər gözləyir: endirimlər, agentliklərdən əlavə seçimlər və sənədləşmə işində kömək.

Ətraflı məlumat və qeydiyyat üçün: https://bit.ly/3N4wIxr

Son xəbərlər

Orphus sistemi