Bakıda torpaq son 1 ildə 5% ucuzlaşıb
- 14 fevral, 2022
- 07:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Bakıda torpaq ötən ilin dekabr ayına nisbətən 0,1 %, son 1 ildə isə 5 % ucuzlaşıb.
Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
"Daşınmaz əmlak bazarının digər bir seqmenti olan tikinti materialları bazarında isə ötən ay qiymətlər ay ərzində dəyişməz qalıb, il ərzində isə 7,14 % artıb. Dəmir məmulatlarının qiymətində ay ərzində 4,35 % azalma, il ərzində 25,71 % artım, dam örtüklərinin qiymətində ay ərzində 2,68 % azalma, il ərzində 9,02 % artım, sementin qiymətində həm ay ərzində, həm də il ərzində 4,26 % artım olub. Ay ərzində daş məmulatları, taxta məmulatları və qumun qiyməti isə dəyişməyib", - deyə o, qeyd edib.