Bakıda torpaq sahələri ucuzlaşıb

Biznes
  • 09 dekabr, 2021
  • 12:37
Bakıda torpaq sahələri ucuzlaşıb

Noyabr ayında Bakının torpaq bazarında qiymətlərdə oktyabr ayı ilə müqayisədə 8,78 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 16,08 % azalma qeydə alınıb.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.

Onun sözlərinə görə, daşınmaz əmlak bazarının digər bir seqmenti olan tikinti materialları bazarında isə ötən ay qiymətlər 1,28 % artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarda 24,21 % bahalaşma olub.

"Dəmir məmulatlarının qiymətində ay ərzində 3,7 %, il ərzində 27,27 % artım, taxta məmulatlarının qiymətində ay ərzində 4,55 %, il ərzində 48,39 % artım, sementin qiymətində ay ərzində 2,76 %, il ərzində 19,2 % artım olub. Ay ərzində daş məmulatları, dam örtükləri və qumun qiyməti isə dəyişməyib", - N. İbrahimov deyib.

44 - Tezliklə