Bakıda təkrar mənzillərin qiyməti azalıb
- 11 oktyabr, 2021
- 11:23
Bu ilin sentyabr ayında daşınmaz əmlak bazarında qiymətlər avqust ayına nisbətən 4,25 % azalıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 11,01 % artıb. İlin əvvəli ilə müqayisədə isə qiymətlərdə 5,88 % artım olub.
Bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.
Təkrar mənzil bazarında qiymətlərdə ay ərzində 2,19 %, il ərzində 4,17 % azalma müşahidə edilib. İlkin mənzil bazarında isə qiymətlər ay ərzində 3,57 % azalıb, il ərzində isə 4,64 % artıb.
Təkrar mənzil bazarında təklif sayında ay ərzində 45,01 %, il ərzində isə 30,38 % azalma olub. İlkin mənzil bazarında isə təklif sayı ay ərzində 44,61 %, il ərzində isə 67,77 % artıb.
Mənzillərin kirayəsi bazarında qiymətlər ay ərzində 13,16 %, il ərzində 5,92 % bahalaşıb. Təklif sayında isə ay ərzində 4,06 % artım, il ərzində 60,11 % azalma olub.