Bakıda kommersiya obyektlərinin icarəsi kəskin bahalaşıb

Biznes
  • 14 fevral, 2022
  • 06:59
Bakıda kommersiya obyektlərinin icarəsi kəskin bahalaşıb

"Bu ilin yanvar ayında Bakıda kommersiya obyektləri ötən ilin dekabr ayına nisbətən 5,2 %, son 1 ildə isə 13,6 % bahalaşıb.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, obyektlərin icarə qiymətləri isə (orta qiymət, manat/obyekt) ay ərzində 9,7 %, il ərzində isə 41,05 % artıb.