Bakıda ictimai iaşə dövriyyəsi 52 %-ə yaxın artıb
- 30 noyabr, 2022
- 06:27
Bu ilin yanvar-oktyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 51,6 % artaraq 793,5 milyon manat olub.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bunun 482,6 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Xatırladaq ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə ictimai iaşə dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 42,3 % artaraq 1 milyard 216,3 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,8 %-i hüquqi şəxslərin, 50,2 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 38,7 % artaraq 601,4 milyon manat olub.