Bakıda fərdi yaşayış və bağ evləri il ərzində 14 % bahalaşıb
- 04 mart, 2023
- 12:10
Bu ilin yanvar ayında Bakıda fərdi yaşayış və bağ evlərinin satış qiymətində (1 kvadrat metrə görə) dekabr ayına nisbətən 7,8 %, son 1 ildə isə 14 % artım müşahidə olunub.
Bunu "Report"a “Vecon Consulting” şirkətinin təsisçisi, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, bazarda təklif sayı ay ərzində 2,5 % azalıb, il ərzində 7,6 % artıb:
"Fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında yanvar ayı ərzində qiymətlərdə (1 kvadrat metrə görə) 16,51 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 27,2 % artım qeydə alınıb".
V. Oruc əlavə edib ki, günlük kirayəyə verilən fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində 11,2 %, il ərzində 31 % artıb: "Fərdi yaşayış və bağ evlərinin kirayəsi üzrə təklif sayı ay ərzində 19,5 %, il ərzində 2, 2 % azalıb”.