Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 17 %-dən çox artıb

Biznes
  • 08 avqust, 2023
  • 09:18
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 17 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 240,3 milyon manat olub.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,5 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 487,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,8 %-ini təşkil edib.

Bu ilin yanvar-iyun aylarında hər bir şəhər sakini orta hesabla 213,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 48,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Xatırladaq ki, 2023-cü ilin 6 ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,1 % artaraq 5 milyard 328,1 milyon manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti