Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək Forum sentyabr ayının 29-30-da baş tutacaq
Biznes
145
12 Avqust , 2016 09:49
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək

Sofiya. 12 avqust. REPORT.AZ/ Gələn ay Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, forum sentyabr ayının 29-30-da olacaq.

Tədbir Bolqarıstanın energetika naziri Temenujka Petkova və iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil olunacaq. 

Forum Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ilə Sofiya Ticarət-Sənaye Palatasının sədri Georgi Çernev arasında avqust ayının 11-də keçirilən görüşdə də ətraflı müzakirə olunub. 

Azərbaycana səfər edəcək nümayəndə heyətinə energetika, maşınqayırma, neftayırma, tikinti, nəqliyyat, İKT, şərabçılıq, turizm, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən iş adamları daxil olacaq. Biznes-forumda hər iki ölkənin iş adamları arasında əməkdaşlıq imkanları müzakirə olunacaq, şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi