Bakıda 5-ci “CEO Lunch” keçiriləcək

Bakıda 5-ci “CEO Lunch” keçiriləcək Milli Məclisin komitə sədri Ziyad Səmədzadə tədbirin qonağı olacaq
Biznes
22 İyun , 2017 10:22
Bakıda 5-ci “CEO Lunch” keçiriləcək

Bakı. 22 iyun. REPORT.AZ/ “Caspian European Club” və “Caspian American Club” iyulun 5-də Bakıda fəxri qonaq qismində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin iştirak edəcəyi 5-ci “CEO Lunch” təşkil edəcək.

“Report”a daxil olan məlumata görə, tədbirə həmçinin Dövlət Miqrasiya Xidmətinin, Vergilər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və digər dövlət qurumlarının rəhbərliyinin nümayəndələri qatılacaqlar.

Bu barədə “Caspian European Club” və “Caspian American Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, “CEO Lunch” “networking”in aparıcı vasitəsi olan “CEO Lunch” şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və yeni əlaqələr qurmaq məqsədilə təşkil olunur. Bu cür tədbirlər hər ayın üçüncü çərşənbə günü “CEİBC” şirkətlərinin top-menecerlərinin iştirakı ilə keçirilir.

Qeyd edək ki, “Caspian Energy”, “Caspian Energy Forum”, “Caspian Energy Award”, “Caspian Energy Club”, “Caspian European Club”, “Caspian Business Club”, “Caspian American Club”, “Caspian American Forum”, “CEO”, “CEO lunch”, “Brand Award” kimi qeydiyyatdan keçmiş ticarət markaları “Caspian Energy International Media Group”a məxsusdurlar. 

Son xəbərlər

Orphus sistemi