AZPROMO: Türk şirkətləri xüsusi iqtisadi zonalarla və logistik mərkəzlərlə tanış olacaqlar
Biznes
- 23 dekabr, 2025
- 11:34
Türkiyə şirkətlərinin nümayəndələrinin Azərbaycanın sənaye və logistik infrastrukturunu yaxından tanıması üçün xüsusi iqtisadi zonalara və logistik mərkəzlərə səfərlərinin təşkil edilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.
"Bizim məqsədimiz tərəfdaşların konkret layihələr üzrə birbaşa tanışlığını təmin etməklə onların investisiya qərarlarının sürətləndirilməsinə dəstək verməkdir. Bu forumda Türkiyədən olan investorları Azərbaycanın sərmayə imkanlarına daha yaxından nəzər yetirməyə dəvət edirik və əminik ki, bugünkü tədbirimiz çox uğurlu keçəcək", - deyə o qeyd edib.
Son xəbərlər
09:00
Premyer Liqa: "Neftçi" "Kəpəz"lə, "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gələcək
Futbol08:52
Kanada ilə Çin arasında münasibətlərdə yeni bir dövr başlayır
Digər ölkələr08:33
Rusiya səfiri Putinin Qazaxıstana səfərinə hazırlıqların aparıldığını açıqlayıb
Digər ölkələr08:19
Hava limanı istiqamətində hərəkətə qoyulan məhdudiyyət götürülüb - YENİLƏNİB
İnfrastruktur08:15
Reuters: Avstraliya nüvə sualtı qayıqlarının istehsalına investisiya qoyur
Digər ölkələr08:05
Almaniyada son iki ayda beşinci bank soyğunu baş verib
Digər ölkələr07:31
"Spiegel": Ukraynanın maliyyələşdirilməsi ilə bağlı Münxen danışıqları uğursuz olub
Digər ölkələr07:19
ABŞ dövlət katibi Norveçin Baş naziri ilə Qrenlandiyanı müzakirə edib
Digər ölkələr06:34