“AzerGold”un törəmə müəssisəsi 1,6 milyon manatlıq tenderə yekun vurub
- 30 avqust, 2022
- 05:10
Yeniliklərdən dərhal xəbərdar olun!
“AzerGold” QSC-nin törəmə müəssisəsi - "Daşkəsən Dəmir Filiz " MMC laboratoriya qurulması üçün mal-material və avadanlıqların satın alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Maybo" MMC-dir.
Qalib şirkətə 1,554 milyon manat ödəniləcək.
Xatırladaq ki, "Daşkəsən Dəmir Filiz" 2020-ci ilin dekabr ayında ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə yaradılıb. Məqsəd səhmdar cəmiyyətinin irimiqyaslı layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir. Onun nizamnamə kapitalı 38,601 milyon manatdır.