“AzerGold”un nizamnaməsində dəyişiklik edilib

“AzerGold”un nizamnaməsində dəyişiklik edilib “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində dəyişiklik edilib.
Biznes
15 Dekabr , 2020 20:44
“AzerGold”un nizamnaməsində dəyişiklik edilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində dəyişiklik edilib.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, qərarda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən uyğunlaşdırılmalar öz əksini tapıb.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi və s. işlərlə yanaşı, qara metal filizi yataqları ilə bağlı işləri də yerinə yetirir.

Bu vaxtadək Cəmiyyət yalnız əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirirdi.

Qeyd olunanlara əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin məqsədləri və fəaliyyət istiqamətləri hissəsində dəyişiklik edilməsi zərurəti yaranıb.

Son xəbərlər

Orphus sistemi