“AzerGold”un ixrac gəlirləri 4 %-dək azalıb

Biznes
  • 01 avqust, 2022
  • 10:17
“AzerGold”un ixrac gəlirləri 4 %-dək azalıb

Bu ilin yanvar-iyun ayları ərzində “AzerGold” QSC 44 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.

Sənədə əsasən, bu, 2021-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 1,6 milyon ABŞ dolları və ya 3,5 % azdır.

Xatırladaq ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə ixrac 1,5 milyard ABŞ dolları təşkil edib.

“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.

Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti