Azərbaycanlı investorlar Moldovanın dövlət müəssisələrinin özəlləşdirilməsində iştiraka dəvət olunub

Azərbaycanlı investorlar Moldovanın dövlət müəssisələrinin özəlləşdirilməsində iştiraka dəvət olunub Moldova, dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinə azərbaycanlı investorları dəvət edir. Bu müəssisələr isə yaxın gələcəkdə özəlləşdiriləcək.
Biznes
11 aprel 2025 16:58
Azərbaycanlı investorlar Moldovanın dövlət müəssisələrinin özəlləşdirilməsində iştiraka dəvət olunub

Moldova azərbaycanlı investorları dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinə dəvət edir.

"Report" xəbər verir ki, bunu Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşdırma Nazirliyinin dövlət katibi Viorel Qarats bu gün Bakıda keçirilən Azərbaycan-Moldova biznes forumunda bildirib.

Onun sözlərinə görə, bu müəssisələr isə yaxın gələcəkdə özəlləşdiriləcək: “Moldova xarici investisiyalar üçün onu mühüm istiqamətə çevirən bir sıra cəlbedici üstünlüklərə malikdir. Bu amillərdən biri onun əlverişli coğrafi mövqeyi, həmçinin Avropanın və MDB ölkələrinin ən böyük bazarlarına birbaşa çıxış təmin edən beynəlxalq sazişlərdir".

V.Qarats hesab edir ki, İT, innovasiyalar, kənd təsərrüfatı və sənaye istehsalı Moldova və Azərbaycan sahibkarları arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivli istiqamətlərdir:

"Son illərdə Moldova rəqəmsal texnologiyalar sahəsində beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu isə texnologiyaların və startapların inkişafı üçün geniş imkanlar açır. Son iki gün ərzində biz vurğuladıq ki, istənilən Azərbaycan investoru Moldovada biznes aça və onu idarə edə bilər. O, bunu Azərbaycandan çıxmadan işlərini məsafədən idarə edərək həyata keçirə bilər".

Dövlət katibi vurğulayıb ki, ölkələr arasındakı tərəfdaşlıq hər iki ölkəyə fayda gətirəcək və birgə inkişaf üçün yeni üfüqlər açacaq.

Orphus sistemi