Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyə yaxın azalıb
Biznes
- 16 oktyabr, 2025
- 10:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,5 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,3 % azalıb, idxal isə 14,5 % artıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 837 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,8 dəfə azdır.
Son xəbərlər
15:01
"Barselona" İsveçrə millisinin futbolçusu Joan Manzambi ilə maraqlanır
Futbol
14:59
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Biznes
14:56
Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır
Xarici siyasət
14:49
Pakistanda hücum zamanı iki polis öldürülüb
Digər ölkələr
14:44
Foto
Rəşad İsmayılov Hacıqabulda vətəndaşları qəbul edib
Ekologiya
14:38
Hörmüz boğazında üç neft tankeri minaya düşüb
Digər ölkələr
14:36
Foto
Xocalıda özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin sayı 300-ə çatıb
Sosial müdafiə
14:32
Xətai Tibb Mərkəzində bütün mürəkkəb göz əməliyyatları icra olunacaq
Sağlamlıq
14:22
TƏBİB tabeliyində fəaliyyət göstərən xəstəxanalarda xidmət çeşidləri artırılacaq
Sağlamlıq