Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 15% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 15% artıb Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 9,7 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Biznes
14 May , 2020 10:48
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 15% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 9,7 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% azdır.

Dörd aylıq xarici ticarət dövriyyəsinin 6,3 milyard dolları ixracın, 3,4 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 11%, idxal isə 25,7% azalıb.

Son nəticədə xarici ticarətdə 2,9 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 15,1% çoxdur. 

Son xəbərlər

Orphus sistemi