Azərbaycanın Türkiyədən mebel, kağız və meşə məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb

Biznes
  • 14 sentyabr, 2024
  • 13:57
Azərbaycanın Türkiyədən mebel, kağız və meşə məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 98,306 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 % azdır.

Təkcə avqustda isə Türkiyə Azərbaycana 16,28 milyon ABŞ dollarlıq mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 29,3 % çoxdur.

Hesabat dövründə Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 1,8 % azalaraq 5 milyard 169 milyon ABŞ dollarına, avqustda isə 1,6 % azalaraq 666 milyon ABŞ dollarına enib.

44 filmi