Azərbaycanın özəl müəssisələrinin qeyri-neft-qaz ixracı üzrə reytinqi açıqlanıb

Biznes
  • 29 may, 2025
  • 11:42
Azərbaycanın özəl müəssisələrinin qeyri-neft-qaz ixracı üzrə reytinqi açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın özəl müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik “MKT İstehsalat Kommersiya” MMC-yə (39,4 milyon ABŞ dolları) məxsus olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın may sayında bildirilir.

Reytinq cədvəlində növbəti yerlərdə “Azerbaijan International Mining Company Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi (28 milyon ABŞ dolları), "United Alliance Group LTD" şirkətinin yerli filialı (17,2 milyon ABŞ dolları), "Baku Steel Company" QSC (16,8 milyon ABŞ dolları), "Avropa" MMC (13,9 milyon ABŞ dolları), "P-Aqro" MMC (12 milyon ABŞ dolları), "Export Stream" MMC (10,7 milyon ABŞ dolları), "Binə Aqro" (10 milyon ABŞ dolları), "Sahdag SY" (9,9 milyon ABŞ dolları) və "LEPIN LM ” MMC (9,8 milyon ABŞ dolları) qərarlaşıb.

44 filmi