Azərbaycanın metallurgiya şirkəti nizamnamə kapitalını 24 % azaldır

Biznes
  • 15 yanvar, 2024
  • 11:58
Azərbaycanın metallurgiya şirkəti nizamnamə kapitalını 24 % azaldır

"Balaxanı Metal Konstruksiyaları" MMC nizamnamə kapitalını 1 116,3 min manat və yaxud 24 % azaldaraq 4 653,8 min manatdan 3 537,5 min manata endirdiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Xtırladaq ki, "Balaxanı Metal Konstruksiyaları" 2017-ci ildə yaradılıb. Onun qanuni təmsilçisi Kamran Kamal oğlu Ələsgərlidir.

44 filmi