Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 20 % azalıb
- 24 fevral, 2024
- 07:50
Bu ilin yanvar ayında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 421 milyon 679 min ABŞ dolları təşkil edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % azdır.
İlk ayda Azərbaycanla MDB ölkələri arasında 100 milyon 651 min ABŞ dolları dəyərində ixrac (1 il əvvələ nisbətən 0,5 % az), 321 milyon 28 min ABŞ dolları dəyərində idxal (24 % az) əməliyyatları həyata keçirilib.
Hesabat dövründə MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 5,46 %, ümumi idxalında payı isə 28,11 % təşkil edib.
Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq Rusiya, Belarus, Ukrayna, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Moldova və Tacikistanla olub.
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 264 milyon 800 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 75 milyon 592 min ABŞ dolları, idxalının dəyəri isə 189 milyon 208 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 21,3 %, o cümlədən ixrac 10,4 % artıb, idxal isə 29,3 % azalıb.
Ölkəmizin Belarusla ticarət əməliyyatlarının dəyəri 50 milyon 344 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 2 milyon 409 min ABŞ dolları, idxalının dəyəri isə 47 milyon 935 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 2,2 dəfə artıb, o cümlədən ixrac 10,7 % azalıb, idxal isə 2,4 dəfə artıb.
Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsinin dəyəri 34 milyon 677 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 6 milyon 858 min ABŞ dolları, idxalının dəyəri isə 27 milyon 819 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 4,1 %, o cümlədən ixrac 50,5 % azalıb, idxal isə 24,6 % artıb.
Ölkəmizin Türkmənistanla ticarət əməliyyatlarının dəyəri 33 milyon 748 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 4 milyon 11 min ABŞ dolları, idxalının dəyəri isə 29 milyon 737 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 49,6 %, o cümlədən ixrac 9,9 %, idxal isə 52,4 % azalıb.
Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsinin dəyəri 17 milyon 441 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 3 milyon 379 min ABŞ dolları, idxalının dəyəri isə 14 milyon 62 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 63,7 %, o cümlədən ixrac 50,8 %, idxal isə 65,9 % azalıb.
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 12 milyon 882 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 1 milyon 987 min ABŞ dolları, idxalının dəyəri isə 10 milyon 895 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 13,9 % artıb, o cümlədən ixrac 40 % azalıb, idxal isə 36,3 % artıb.
Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsinin dəyəri 7 milyon 162 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 6 milyon 242 min ABŞ dolları, idxalının dəyəri isə 920 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 4,4 dəfə, o cümlədən ixrac 6,2 dəfə, idxal isə 45,8 % artıb.
Azərbaycanın Moldova ticarət dövriyyəsinin dəyəri 527 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 169 min ABŞ dolları, idxalının dəyəri isə 358 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,5 % artıb, o cümlədən ixrac 14,6 % azalıb, idxal isə 11,5 % artıb.
Dövr ərzində Azərbaycanla Tacikistan arasında yalnız 89 min manat ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 101 dəfə çoxdur.