Azərbaycanın İsraildə Ticarət Nümayəndəliyi açılıb

Azərbaycanın İsraildə Ticarət Nümayəndəliyi açılıb İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışı olub.
Biznes
324
29 İyul , 2021 11:50
Azərbaycanın İsraildə Ticarət Nümayəndəliyi açılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışı olub.

“Report” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, açılış mərasimində İsrailin turizm naziri Yoel Razvozov da iştirak edib və Ticarət Nümayəndəliyinin lentini kəsiblər.

M.Cabbarov dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Nazir Azərbaycanın İsraildə Ticarət Nümayəndəliyinin kitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağına əminliyini ifadə edib.

O, 44 günlük Vətən müharibəsi ərzində Azərbaycana göstərdiyi dəstəyə görə İsrail tərəfinə təşəkkürünü bildirib, İsrail şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpasına göstərdikləri marağı yüksək qiymətləndirib.

İqtisadiyyat naziri enerji, səhiyyə, rəqəmsallaşma, investisiyalar, innovasiya, İKT, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi, turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb və İsrail iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalanmağa dəvət edib.

Son xəbərlər

Orphus sistemi