Azərbaycanın iş adamları Kolumbiyada İnvestisiya Sammitinə dəvət olunublar

Azərbaycanın iş adamları Kolumbiyada İnvestisiya Sammitinə dəvət olunublar Azərbaycanın nazirliklərinin və dövlət agentliklərinin nümayəndələri 20-26 oktyabr 2021-ci il tarixlərində Kolumbiyada virtual və əyani formatda keciriləcək 7-ci İnvestisiya Sammitinə dəvət olunublar.
Biznes
29 Sentyabr , 2021 12:58
Azərbaycanın iş adamları Kolumbiyada İnvestisiya Sammitinə dəvət olunublar

Azərbaycan nazirliklərinin və dövlət agentliklərinin nümayəndələri bu il oktyabrın 20-26-da Kolumbiyada virtual və əyani formatda keciriləcək 7-ci İnvestisiya Sammitinə dəvət olunublar.

Kolumbiya səfirliyindən “Report”a verilən məlumata görə, Azərbaycanın İqtisadiyyat və Xarici İşlər nazirliklərinə, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA), həmçinin İxracın və İnvestisiyaların Təşviqi Fonduna və iri holdinqlərə dəvətnamələr göndərilib.

Sammitin açılışında iştirak edəcək Kolumbiya Prezidenti İvan Duke, hökumət nümayəndələri, “ProColombia” İxrac, Turizm və İnvestisiyaların Təşviqi Agentliyinin rəhbəri və digər yüksək vəzifəli şəxslər Kolumbiyaya sərmayə perspektivlərini və imkanlarını təqdim edəcəklər.

Forum çərçivəsində xarici investorlar Kolumbiyaya gəlməzdən öncə biznes imkanlarını müəyyən etmək və təklif edilən layihələrə qoşulmaq üçün yerli şirkətlərlə virtual görüşlər keçirmək imkanı əldə edəcəklər.

Qeydiyyat prosesini asanlaşdırmaq üçün Azərbaycan iş adamları Kolumbiya səfirliyinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi