Azərbaycanın əsas tədarük bazarına polipropilen ixracının dəyəri 2,2 dəfə artıb

Biznes
  • 15 aprel, 2022
  • 09:17
Azərbaycanın əsas tədarük bazarına polipropilen ixracının dəyəri 2,2 dəfə artıb

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan xaricə 17,78 milyon ABŞ dolları dəyərində 11 min 656 ton polipropilen (ilkin formalarda) satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 10,1 %, kəmiyyət olaraq – 37,7 % azalıb.

Rusiyaya 14,95 milyon ABŞ dolları dəyərində 9 min 691 ton, Qazaxıstana 2,45 milyon ABŞ dolları dəyərində 1 min 599 ton, Türkiyəyə 376,85 min ABŞ dolları dəyərində 275 ton məhsul göndərilib.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyaya tədarük 2,2 dəfə və 47,1 % artıb, Qazaxıstana – 3 dəfə və 2 dəfə artıb, Türkiyəyə - 96,3 % və 97,1 % azalıb.

Hesabat dövründə Azərbaycan 3,99 milyon ABŞ dolları dəyərində 2 min 383 ton polipropilen idxal edib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 68,3 % və 30 % çoxdur.

Azərbaycan Koreyadan 2,6 milyon ABŞ dolları dəyərində 1 min 367 ton, İrandan – 583,07 min ABŞ dolları dəyərində 413,35 ton, Səudiyyə Ərəbistanından 408,56 min ABŞ dolları dəyərində 263,5 ton, Türkmənistandan 327 min ABŞ dolları dəyərində 309 ton, İtaliyadan 60,5 min ABŞ dolları dəyərində 28,88 ton və Çindən 4,87 min ABŞ dolları dəyərində 1,5 ton məhsul alıb.

2021-ci ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə Koreyadan tədarük müvafiq olaraq 91,8 % və 29,5 % artıb, İrandan – 2,3 dəfə və 2 dəfə artıb, Səudiyyə Ərəbistanından – 38 % və 48,7 % azalıb, Çindən – 13,8 % və 0 % artıb. Ötən ilin eyni dövründə Türkmənistandan və İtaliyadan polipropilen idxal edilməyib.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın xaricə (13 ölkə) satdığı 84,96 min ton polipropilenin 65 %-i Rusiyanın payına düşüb.