Azərbaycanın ən yaxşı ixracatçıları açıqlanıb

Azərbaycanın ən yaxşı ixracatçıları açıqlanıb İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın noyabr sayında qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-oktyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyekt
Biznes
30 Noyabr , 2022 13:06
Azərbaycanın ən yaxşı ixracatçıları açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın noyabr sayında qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-oktyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi öz əksini tapıb.

"Report"un məlumatına görə, qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” MMC, “Almeyvə” MMC, Şirinov Elvin Valeh oğlu, “Rose Servis” MMC, “Mors Trading” MMC, “P-Aqro” MMC, “STP Alüminium” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Dövlət Neft Şirkətinin (SOCAR) “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: ““Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərenerji” ATSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti.

Son xəbərlər

Orphus sistemi