Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi: TOP-5

Biznes
  • 23 noyabr, 2023
  • 15:22
Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi: TOP-5

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsi 21 milyard 386 milyon 22 min ABŞ dolları təşkil edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 15,2 % azdır.

On ayda Azərbaycandan Aİ ölkələrinə 18 milyard 875 milyon 138 min ABŞ dolları dəyərində ixrac (illik 19,3 % az), 2 milyard 510 milyon 884 min ABŞ dolları dəyərində idxal (illik 35,7 % çox) əməliyyatları həyata keçirilib.

Hesabat dövründə Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 64,32 %, ümumi idxalında isə 17,71 % təşkil edib.

Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya ilə olub.

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 13 milyard 500 milyon 107 min ABŞ dolları, o cümlədən ixracı 13 milyard 156 milyon 191 min ABŞ dolları, idxalı isə 343 milyon 916 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 22,2 %, ixrac 23,04 % azalıb, idxal isə 33 % artıb.

10 ayda Azərbaycanın Almaniya ilə ticarət əməliyyatları 1 milyard 397 milyon 299 min ABŞ dolları, o cümlədən ixracı 625 milyon 080 min ABŞ dolları, idxalı isə 772 milyon 219 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 52,4 % artıb, ixrac 56,3 % azalıb, idxal isə 49,3 % artıb.

Hesabat dövründə Azərbaycanın Yunanıstan ilə ticarət dövriyyəsi 1 milyard 251 milyon 665 min ABŞ dolları, o cümlədən ixracı 1 milyard 232 milyon 294 min ABŞ dolları, idxalı isə 19 milyon 371 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 8,8 %, o cümlədən ixrac 9,1 % azalıb, idxal isə 14,5 % artıb.

Ölkənin İspaniya ilə ticarət dövriyyəsi 802 milyon 445 min ABŞ dolları, o cümlədən ixracı 714 milyon 916 min ABŞ dolları, idxalı isə 87 milyon 529 min ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 11,2 %, ixrac 14,2 % azalıb, idxal isə 23 % artıb.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Çexiya ilə ticarət əməliyyatları 726 milyon 771 min ABŞ dolları, o cümlədən ixracı 654 milyon 343 min ABŞ dolları, idxalı isə 72 milyon 428 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 2,7 % artıb, o cümlədən ixrac 1 % azalıb, idxal isə 54,2 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti