Azərbaycandan Ukraynaya qurğuşun ixracı kəskin artıb
- 07 fevral, 2023
- 05:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 10,151 milyon ABŞ dolları dəyərində 4 min 894 ton qurğuşun göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 % çoxdur, kəmiyyət olaraq – 1,9 % azdır.
Hesabat dövründə Türkiyəyə 9,172 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,2 % azdır) 4 min 438 ton (-4,7 %), Ukraynaya 584,4 min ABŞ dolları dəyərində (+12,1 dəfə) 263,94 ton (+12 dəfə), Gürcüstana 235,68 min ABŞ dolları dəyərində 120 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 158,4 min ABŞ dolları dəyərində (-74,7 %) 72 ton (-76,7 %), Böyük Britaniyaya 0,14 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan ixrac edilmiş (4 ölkəyə) 5 min 766 ton qurğuşunun 93 %-i Türkiyənin payına düşüb.