Azərbaycandan Gürcüstana xarici valyuta qaçaqmalçılığının qarşısı alınıb
Biznes
- 15 may, 2025
- 12:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alınıb.
“Report” komitəyə istinadən xəbər verir ki, “Qırmızı Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən yük nəqliyyat vasitəsinin sürücüsü şifahi olaraq sorğu-sual edilib və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin dartıcısının salonunda xüsusi saxlanc yerində gizlədilərək keçirilməsinə cəhd göstərilən 8 milyon rus rublu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
07:43
KXDR nüvə çəkindirmə qüvvələrini gücləndirməkdən imtina etməyəcəyini bəyan edib
Digər ölkələr
07:17
Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tanker hücuma məruz qalıb
Digər ölkələr
06:48
Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir
Digər ölkələr
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr