Azərbaycanda şirkət təsisçilərinin dəyişikliyi proaktiv olaraq qeydiyyata alına bilər

Azərbaycanda şirkət təsisçilərinin dəyişikliyi proaktiv olaraq qeydiyyata alına bilər Azərbaycanda kommersiya hüquqi şəxslərə dair mövcud mumatlarda sonrakı dəyişikliyin (təsisçi dəyişikliyi) proaktiv olaraq qeydiyyata alınması imkanının yaradılması müzakirə edilib.
Biznes
21 Sentyabr , 2024 15:08
Azərbaycanda şirkət təsisçilərinin dəyişikliyi proaktiv olaraq qeydiyyata alına bilər

Azərbaycanda kommersiya hüquqi şəxslərə dair mövcud məlumatlarda sonrakı dəyişikliyin (təsisçi dəyişikliyi) proaktiv olaraq qeydiyyata alınması imkanının yaradılması müzakirə edilib.

“Report” xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznezin İnkişafı Agentliyi (KOBİA) və sahibkarlıq subyektləri arasında keçirilən onlayn görüşdə müzakirə edilib.

Məlumata görə, görüşdə benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə bağlı texniki imkanın proaktiv olaraq qeydiyyata alınması imkanının yaradılması da müzkirə edilib. Bundan başqa, qeydiyyata qədər və qeydiyyatdan sonrakı prosesdə iştirak edən dövlət orqanlarının məlumat bazalarının əlaqələndirilməsinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı islahatlar davam etdirildiyi bildirilib.

DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə qeyd edib ki, Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi üzrə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib, 2 alt indikator üzrə 6 komponentdən ibarət olan 30 tədbirin həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi