Azərbaycanda rəqabətlə bağlı dəyişikliklər vaxtından əvvəl hazır olacaq

Azərbaycanda rəqabətlə bağlı dəyişikliklər vaxtından əvvəl hazır olacaq Azərbaycanda rəqabətlə bağlı dəyişikliklər avqustun sonuna - sentyabrın əvvəlinə tam hazır olacaq.
Biznes
30 May , 2024 11:45
Azərbaycanda rəqabətlə bağlı dəyişikliklər vaxtından əvvəl hazır olacaq

Azərbaycanda rəqabətlə bağlı dəyişikliklər avqustun sonuna - sentyabrın əvvəlinə tam hazır olacaq.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin "Bazar rəqabəti" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin müzakirəsi məqsədilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupu"nun iclasında bildirib.

"Dəyişikliklərlə bağlı noyabrın 1-nə qədər vaxtımız olsa da, onları tez hazırlamağı planlaşdırırıq", - deyə o qeyd edib.

Bundan başqa, rəis müavini deyib ki, iyunun sonuna qədər innovasiyalarla və dövlət satınalmaları ilə bağlı dəyişikliklərə dair təkliflərin hazır olması planlaşdırılır.

"Daha sonra həmin təkliflər Milli Məclisə təqdim ediləcək. Burada əsasən müqavilələrdə şəffaflıq, şirkətlərin innovasiyalara cəlb edilməsi nəzərdə tutulur", - deyə C.Babayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi