Azərbaycanda qulluq yerini dəyişən gömrük işçiləri pul kompensasiyası alacaq

Azərbaycanda qulluq yerini dəyişən gömrük işçiləri pul kompensasiyası alacaq Nazirlər Kabineti “Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nı və “Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi i
Biznes
9 Sentyabr , 2024 18:02
Azərbaycanda qulluq yerini dəyişən gömrük işçiləri pul kompensasiyası alacaq

Nazirlər Kabineti “Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nı və “Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası və məbləği”ni təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda qulluq yerini dəyişən, eləcə də yeni qulluq yerində kirayəyə mənzil götürən gömrük işçiləri pul kompensasiyası alacaq.

maliyyələşdirmə məsələləri Dövlət Gömrük Komitəsinə dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi