Bu il dekabrın 24-nə Azərbaycanda 2023-cü ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və 1 054 669,3 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, səpin aparılmış sahənin 98,7 %-ni və yaxud 1 041 147,5 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 646 224,3 hektarı buğda, 394 763,2 hektarı arpa, 160 hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Cəlilabad (57 337 ha), Füzuli (34 751 ha), Şəki (32 940,8 ha), Şamaxı (30 098,1 ha), Ağcabədi (23 518,2 ha), İsmayıllı (23 076 ha) və Hacıqabul (20 856,6 ha) rayonlarında, ən çox arpa bitkisi Kürdəmir (32 497,9 ha), Şəki (31 632 ha), Neftçala (27 050 ha), Biləsuvar (26 005,3 ha), Ağsu (18 560,2 ha), Goranboy (15 027,5 ha) və Füzuli (14 354 ha) rayonlarında səpilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,5 %, o cümlədən buğdanın səpin sahəsi 7,3 % artıb, arpanın səpin sahəsi 4,6 % azalıb