Azərbaycanda logistika şirkəti yenidən təşkil edilir

Biznes
  • 20 noyabr, 2023
  • 06:52
Azərbaycanda logistika şirkəti yenidən təşkil edilir

“Grand Logistics Center” MMC tərkibindən yeni şirkətin ayrılması nəticəsində yenidən təşkil edilir.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yeni təşkil edilmiş müəssisənin adı “Grand Logistics Center Property” olacaq.

Xatırladaq ki, “Grand Logistics Center” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 18,1 milyon manatdır. Şirkət Azərbaycanda yerləşən, fərdiləşdirilmiş logistik həllərin tədarükçüsüdür.

44 filmi