Azərbaycanda ixracyönümlü tekstil məhsullarının istehsalı hədəflənir

Azərbaycanda ixracyönümlü tekstil məhsullarının istehsalı hədəflənir Azərbaycanda rəqabətə davamlı və ixracyönümlü tekstil məhsullarının istehsalı, xüsusilə, bu sahədə yüksək əlavə dəyərli məhsul istehsalının genişləndirilməsi əsas hədəflərdəndir.
Biznes
24 aprel 2025 10:11
Azərbaycanda ixracyönümlü tekstil məhsullarının istehsalı hədəflənir

Azərbaycanda rəqabətə davamlı və ixracyönümlü tekstil məhsullarının istehsalı, xüsusilə, bu sahədə yüksək əlavə dəyərli məhsul istehsalının genişləndirilməsi əsas hədəflərdəndir.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, bunu nazir müavini Səməd Bəşirli "Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə keçirilmiş görüşdə bildirib. 

Onun sözlərinə görə, bu, həm yerli istehsal potensialının artırılması, həm də ixrac imkanlarının genişləndirilməsi baxımından önəmlidir: "Ölkədə sənayenin inkişafı, o cümlədən daha dayanıqlı və çevik sənaye istehsalı modellərinin tətbiqi istiqamətində reallaşdırılan tədbirləri diqqətə çatdırıb".

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev ölkədə xarici tərəfdaşların iştirakı ilə yeni tekstil müəssisələrinin tikildiyini, eləcə də pambıq klasterlərinin inkişafı üzrə işlərin davam etdirildiyini vurğulayıb. Bildirilib ki, növbəti dövrlərdə tekstil sənayesini əhatə edən dəstək tədbirlərinin artırılması və vahid ölkə stendi ilə yeni sahəvi sərgilərdə iştirakın təmin olunması nəzərdən keçirilir.

Assosiasiyanın icraçı direktoru Fəridə Axundova və qurumun üzvləri qurumun fəaliyyəti, sahibkarların ixracla bağlı təklifləri və tekstil sənayesinin gələcək inkişaf perspektivləri barədə çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi