Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib.
Biznes
21 İyun , 2024 16:15
Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 7887 “Suyun keyfiyyəti — Rəngin tədqiqi və müəyyən edilməsi” və AZS ISO 8288 “Suyun keyfiyyəti — Kobalt, nikel, mis, sink, kadmium və qurğuşunun təyini – Alovlu atom absorbsiya spektrometrik üsullar” yeni dövlət standartlarını qəbul edib.

"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki, standartları Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq standartlar əsasında işləyib-hazırlayıb,

“Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) müzakirəyə çıxarılıb. Standartlar müvafiq qurumlarla razılaşdırıldıqdan sonra AZSTAND onları təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin dövlət fonduna daxil edib.

Son xəbərlər

Orphus sistemi